Masallıda dağlıq ərazidə yanğın
28 avqust 2022 16:55 (UTC +04:00)

Masallıda dağlıq ərazidə yanğın

Bu rayonda dağlıq ərazidə yanğın başladı-FOTO-YENİLƏNİB

Masallıda dağlıq ərazidə yenidən yanğınlar başlayıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Qəriblər meşəbəyliyinə daxil olan 4-cü və 5-ci dolaylarda yanğın başlayıb.

Aktiv 2 yanğın ocağından biri nəzarət altına alınıb. Hazırda digər yanğın ocağında yanğının qarşısının alınması istiqamətində işlər görülür.

***

saat 16.27

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Lent.az-ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi və 1 ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.

Relyefin mürəkkəbliyi və havanın küləkli olması əməliyyat şəraitini çətinləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

# 3258
avatar

Oxşar yazılar