Bu şəxslərin xaricdəki əmlakları müsadirə ediləcək:  227 obyekt, 314 maşın...
24 yanvar 2022 12:33 (UTC +04:00)

Bu şəxslərin xaricdəki əmlakları müsadirə ediləcək: 227 obyekt, 314 maşın...

“Təqsirləndirilən şəxslərə məxsus xarici ölkələrdə yerləşən əmlakların müsadirə edilməsi prosesinə başlanılıb”.

Lent.az xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev ötən ilin yekunlarına dair keçirilən kollegiya iclasında danışıb. O bildirib ki, ötən il xüsusi müsadirənin  keçirilməsi istiqamətində aktivlərin aşkarlanması və izlənməsi sahəsində görülən tədbirlərlə təqsirləndirilən şəxslərə məxsus 227 daşınmaz əmlak, 83 torpaq sahəsi, 314 nəqliyyat vasitəsi, müxtəlif banklarda 51 kart hesabı və 22 cari hesab müəyyənləşdirilməklə faktiki olaraq təqsirləndirilən şəxslərə məxsus 109 nəqliyyat vasitəsi və 12 daşınmaz əmlak aşkar edilib.

“Eyni zamanda, xarici ölkələrdə yerləşən əmlakların müsadirə edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə başlanılmışdır”, - baş prokuror qeyd edib.

# 2889
avatar

Mehman Nəbiyev

Oxşar yazılar