Bulvarda  həyəcanlı anlar:   Polis gənc qızı  xilas etmək üçün özünü dənizə atdı -  VİDEO  -YENİLƏNİB
05 iyul 2025 12:08 (UTC +04:00)

Bulvarda həyəcanlı anlar: Polis gənc qızı xilas etmək üçün özünü dənizə atdı - VİDEO -YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 25 yaşlı Ağazadə Şəbnəm Əhməd qızını dalğıclar xilas ediblər.

Qeyd edək ki, öncə ərazidə olan polis əməkdaşı qadını xilas etmək məqsədilə özünü dənizə atıb.

***

11:32

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

FHN0in Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 25 yaşlı Ağazadə Şəbnəm Əhməd qızını dalğıclar xilas ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 926

Oxşar yazılar