Cəlilabadda ət doğrayarkən  oğlunun ölümünə səbəb olan anaya HÖKM OXUNDU
29 iyul 2026 16:39 (UTC +04:00)

Cəlilabadda ət doğrayarkən oğlunun ölümünə səbəb olan anaya HÖKM OXUNDU

0

Bu ilin martında Cəlilabadda 15 yaşlı oğlunu ehtiyatsızlıqdan öldürən Səliqə Abdulhüseynovaya hökm oxunub.

Lent.az-ın xəbərinə görə, məhkəmənin qərarı ilə o, aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla, 2 il islah işləri cəzasına məhkum edilib.

S. Abdulhüseynova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə ittiham olunub.

Xatırladaq ki, hadisə bu il martın 10-da Cəlilabadın Sərhədabad kəndində baş verib.

İttiham aktına görə, evin böyük oğlu olan mərhum 15 yaşlı Mirkamal Abdulhüseynov məşğələdən gələndən sonra anası onu ət doğramağa kömək etməyə çağırıb. Mirkamal da stolun arxasında üzbəüz oturaraq, anasına kömək etməyə başlayıb. Belə ki, yeniyetmə sol əli ilə əti tutub ki, anası kəssin. Özü də sağ əlindəki bıçaqla tutduğu ətə kəsiklər atıb. Bu zaman onun sağ əlindəki bıçaq anasının əlini kəsərək xəsarət yetirib. Qadın həmin an ağrının təsirindən özündən çıxaraq, ehtiyatsızlıqdan əlindəki bıçağı oğlunun sinəsinə doğru uzadaraq, onu bir az geri çəkmək istəyib. Amma bədbəxtlikdən bıçaq Mirkamalın sinəsini deşib və uşaq çoxlu qan itirib.

Qadın ərinin qorxusundan əvvəlcə oğlunun yıxılaraq, sinəsinə dəmir batdığını desə də, sonradan polis şöbəsində hadisəni etiraf edib. Xəstəxanaya aparılan Mirkamalı isə xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar