Canlı yayımda söyüş söyən  daha bir "tiktoker" həbs olundu
04 avqust 2026 11:29 (UTC +04:00)

Canlı yayımda söyüş söyən daha bir "tiktoker" həbs olundu

1

Sosial şəbəkədə canlı yayımda nalayiq ifadələr işlədən daha bir nəfər həbs edilib.

Lent.az xəbər verir ki, Naxçıvan şəhər sakini olan 31 yaşlı Fərid Mehrəliyev (şərti adla) özünə məxsus “tiktok” hesabında canlı yayım açaraq, nalayiq ifadələr işlədib. Bununla da ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik edən əməllərə yol verib.

Bu əməlinə görə, Fərid polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə Fərid Mehrəliyev 15 gün müddətinə inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 446

Oxşar yazılar