Çayxananı  qumarxanaya   çevirdilər
24 yanvar 2022 11:17 (UTC +04:00)

Çayxananı qumarxanaya çevirdilər

Şabran rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də rayon ərazisində olan çayxanalardan birində qumar oynayan rayon sakinləri Ruslan Ələkbərov, Elman Hacıyev, Namiq Qarayev, İntiqam Qarazadə, Coşqun Talıbov və Elvin Əliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Polis Şöbəsində üzərlərinə baxış keçirilərkən C.Talıbovdan narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

# 1386
avatar

Mehman Nəbiyev

Oxşar yazılar