Cəlilabadda ağır qəza: 5 nəfər yaralandı  - YENİLƏNİB
19 oktyabr 2025 13:28 (UTC +04:00)

Cəlilabadda ağır qəza: 5 nəfər yaralandı - YENİLƏNİB

0

Bu gün saat 12:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər ( 2-si qadın, 4-ü kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin edilib.

1965-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Digər 5 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

***

saat 12.17

Cəlilabadda baş verən qəzada xəsarət alan şəxslərin adları məlum olub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində Səfərli Zülüfüqar Zaur oğlu, İdrak Rza Ağahüseyn oğlu, Musayev Əmrah Əlyar oğlu, Əhimov Mahir Səfər oğlu və Məmmədov Əmrah Zaur oğlu xəsarət alıblar.

Yaralıların vəziyyəti orta-stabil qiymətləndirilir.

***

saat 11.30

Cəlilabadda yol qəzası olub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,  hadisə köhnə Ələt–Astara magistralının Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində hərəkət edən “VAZ-2106” markalı minik avtomobili qarşı istiqamətdən gələn “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunublar.

Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 749

Oxşar yazılar