Çətənəni tavada qızardıb  yedi, həbs olundu
28 oktyabr 2025 16:48 (UTC +04:00)

Çətənəni tavada qızardıb yedi, həbs olundu

0

Rusiyanın Rostov vilayətinin Orlovski rayonunda tavada qadağan olunmuş maddəni qızardıb yeyən kişi saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, polislər onu qeyri-adekvat davranışına görə saxlayıblar. Daxili İşlər Nazirliyinin əməkdaşları onun üzərində doğranmış bitki kütləsi olan büküm tapıblar.

Məlum olub ki, saxlanılan şəxs çətənənin yuxarı hissələrini satış məqsədi olmadan şəxsi istifadə üçün toplayıb. O, yuxarıda qeyd olunan bitkini tavada qızardıb və gün ərzində qida kimi istifadə edib.

Kişiyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi üzrə cinayət işi açılıb. Həmin maddə üzrə təqsirləndirilən şəxs 15 ilədək azadlıqdan məhrum edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar