Daha bir Azərbaycan diaspor sədri TƏQİBDƏ:  səlahiyyətlərinə xitam verildi
05 avqust 2026 10:15 (UTC +04:00)

Daha bir Azərbaycan diaspor sədri TƏQİBDƏ: səlahiyyətlərinə xitam verildi

0

Rusiyanın Samara Vilayəti İctimai Palatasının altıncı çağırış üzvü, "Samara Vilayətinin Azərbaycanlılar Liqası"nın rəhbəri kimi tanınan Şirvan Kərimovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Lent.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Fedorişşenko sərəncam imzalayıb.

Sənəddə həmçinin Regional Yaradıcılıq İctimai Təşkilatı "Duslık"ın ("Dostluq") prezidenti Faxrutdin Kanyukayevin İctimai Palatanın yeni üzvü təyin edildiyi bildirilib.

Şirvan Kərimov Samara vilayəti üzrə Rusiya Daxili İşlər Nazirliyi Baş İdarəsinin İctimai Şurasında həmyerlilərimizin maraqlarını müdafiə edib.

Qeyd edək ki, iyulun əvvəlində diaspor sədri olan Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib və onun bu ölkəyə girişinə qadağa qoyulub.

Xatırladaq ki, son zamanlar Rusiyada Azərbaycan diaspor nümayəndələrinə qarşı təqiblər artıb və onlara qarşı ayrıseçkilik nümayiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar