Daha bir oğru qohum evi seçdi - YAXALANDI
04 dekabr 2023 09:56 (UTC +04:00)

Daha bir oğru qohum evi seçdi - YAXALANDI

Hacıqabulda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan şəxsin qohumunun evindən də oğurluq etdiyi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif küçələrdə olan rəbitə dirəklərindən ümumilikdə 310 metr TPP tipli kabel oğurlayaraq dövlət müəssisəsinə 1045 manat maddi ziyan vuran rayon sakini Elşad İbrahimov saxlanılıb.

İlkin dindirilmə zamanı E.İbrahimov törətdiyi oğurluq faktını etiraf edib. Onun ətrafında aparılan istintaq hərəkətləri zamanı sonuncunun rayon ərazisində yerləşən və qohumuna məxsus olan evdən məişət əşyaları və avadanlıqları oğurladığı və zərərçəkmişə 2000 manata yaxın maddi ziyan vurduğu da müəyyən edilib.

E.İbrahimov tərəfindən oğurlanmış kabellər, eləcə də əşya və avadanlıqlar polis əməkdaşları tərəfindən onun yaşadığı evdən maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4317
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Aşura günü qaydaları pozan sərxoş sürücülər tutuldu

Aşura günü qaydaları pozan sərxoş sürücülər tutuldu

21 iyul 2024 , 21:06
Bu ölkədə bir gündə 40 nəfər  suda batdı:   İkisi uşaqdır

Bu ölkədə bir gündə 40 nəfər suda batdı: İkisi uşaqdır

21 iyul 2024 , 19:25
Keçmiş nazir təcridxanada intihara cəhd etdi

Keçmiş nazir təcridxanada intihara cəhd etdi

21 iyul 2024 , 19:13
Bakıda “Abşeron” ticarət mərkəzində yanğın oldu

Bakıda “Abşeron” ticarət mərkəzində yanğın oldu

21 iyul 2024 , 18:46
92 yaşlı kişi faciəli şəkildə öldü

92 yaşlı kişi faciəli şəkildə öldü

21 iyul 2024 , 17:39
Cəlilabadda ev belə kül oldu-FOTO

Cəlilabadda ev belə kül oldu-FOTO

21 iyul 2024 , 17:19
Mənzildə kişi meyiti tapıldı

Mənzildə kişi meyiti tapıldı

21 iyul 2024 , 17:11
Ermənilər Kəlbəcəri atəşə tutdu

Ermənilər Kəlbəcəri atəşə tutdu

21 iyul 2024 , 09:27