Daha bir xəstəxanada külli miqdarda MƏNİMSƏMƏ  aşkarlandı
09 fevral 2022 09:48 (UTC +04:00)

Daha bir xəstəxanada külli miqdarda MƏNİMSƏMƏ aşkarlandı

“İmişli rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılan araşdırma zamanı xəstəxananın 2018-ci il yanvarın 1-dən 2021-ci il mayın 25-dən maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəxsin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri və digər qanunsuz əməlləri nəticəsində külli miqdarda dövlət əmlakının mənimsənilməsinə və israf olunmasına, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərə vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə təqsirli şəxs və ya şəxslərin  müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində istintaq tədbirləri edir.

# 2448
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24
Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

18 may 2024 , 12:19
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

18 may 2024 , 12:00
Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

18 may 2024 , 11:42