Dəhşətli faciə : Yorğana od vurdular, özləri diri-diri yandılar
26 may 2021 19:53 (UTC +04:00)

Dəhşətli faciə: Yorğana od vurdular, özləri diri-diri yandılar

Dağıstanın İzberbaş şəhərində dəhşətli yanğın baş verib.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hadisə nəticəsində 4 yaşlı oğlan və 2 yaşlı qız həlak olub.

Məlumata görə, evdə  nəzarətsiz qalan uşaqlar əvvəlcə yorğana od vurublar. Yorğan alışdıqdan sonra alov bütün mənzili bürüyüb. Evdə olan digər iki uşaq özlərini pəncərədən küçəyə ataraq xilas ola biliblər. İki azyaşlı bacı-qardaş isə yanaraq ölüblər. Onları xilas etmək mümkün olmayıb.

 

# 2271
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar