İranda nüvə hücumu  təhlükəsinə görə əhaliyə yod   həbləri paylanır
07 noyabr 2026 17:22 (UTC +04:00)

İranda nüvə hücumu təhlükəsinə görə əhaliyə yod həbləri paylanır

0

İranda ABŞ-ın mümkün nüvə hücumuna hazırlıq məqsədilə yerli sakinlərə yod həbləri paylanmağa başlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın Natanz nüvə kompleksinin yaxınlığında yerləşən yeraltı “Pickaxe Mountain” obyektinə nüvə zərbəsi endirə biləcəyi ehtimalı nəzərə alınır.

Bu səbəbdən ərazidə yaşayan insanlara yod həbləri ilə yanaşı, radioaktiv qəza zamanı necə davranmalı olduqlarına dair təlimatlar da verilir.

Lakin İranın Səhiyyə Nazirliyi noyabrın 6-da “The Times”ın məlumatını təkzib edib. Nazirliyin nümayəndəsi bildirib ki, qurumun heç bir əməkdaşı qəzetə müsahibə verməyib və ona istinad edilən açıqlama həqiqətə uyğun deyil. Buna görə yod həblərinin paylanması barədə məlumat hələlik mübahisəlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 136

Oxşar yazılar