Dəhşətli qəzada maşın ikiyə bölündü,  ölənlər var
20 dekabr 2025 11:02 (UTC +04:00)

Dəhşətli qəzada maşın ikiyə bölündü, ölənlər var

0

Rusiyanın Voloqda vilayətində dəhşətli yol qəzası olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, 28 yaşlı “Honda” sürücüsü yolayrıcında qırmızı işıqda hərəkət edərək “Lada Priora” avtomobilinə yol verməyib. “Lada”nın sükanı arxasında 18 yaşlı gənc olub.

Zərbənin gücündən “Lada” iki yerə bölünüb. Qəza nəticəsində “Lada”nın sürücüsü və 17 yaşlı sərnişin qız hadisə yerində aldıqları xəsarətlərdən həyatlarını itiriblər. Xarici avtomobilin sürücüsü isə xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar