Nizami Rayon Məhkəməsində Əhməd Arzuxan oğlu Əli-zadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Lent.az xəbər verir ki, məhkəmə təqdimat və vəsatəti təmin edib.
Qərara əsasən, Əhməd Əli-zadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həbs müddətinin başlanğıcı 24 oktyabr 2026-cı il tarixindən hesablanacaq.
Əhməd Əli-zadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.