Bərdədə Qarabağ kanalından meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə kanalın Alpout kəndindən keçən hissəsində qeydə alınıb.
Kanaldan 45 yaşlı Sevinc Əli qızı Vəliyevanın meyiti aşkarlanıb. Məlum olub ki. mərhum Tərtər rayon H.Hüseynov adına Mamırlı kənd orta məktəbində təşkilat müavini vəzifəsində çalışıb.
Sevinc Vəliyevanın meyiti sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.