Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sektor müdiri vəfat edib.
Lent.az bildirir ki, bu barədə dövlət komitəsinin sosial hesabında məlumat yayıb.
Xəbərdə qeyd edilir ki, komitənin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Sənədlərin qəbulu, qeydiyyatı və icraya nəzarət sektorunun müdiri 44 yaşlı Sevinc Salahova bu gecə dünyasını dəyişib.
Onun ölüm səbəbi açıqlanmayıb.
