DTX Gültəkin Hacıbəylinin  evində axtarış apardı
24 fevral 2026 18:35 (UTC +04:00)

DTX Gültəkin Hacıbəylinin evində axtarış apardı

1

Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin evində axtarış aparılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, Ramiz Mediyev və digərləri barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi çərçivəsində DTX tərəfindən Gültəkin Hacıbəylinin evində axtarış aparılıb. O, şahid qismində ifadə verməyə dəvət olunub.

Qeyd edək ki, Gültəkin Hacıbəyli fevralın 12-də Türkiyədən Azərbaycana deportasiya olunub.

O, ötən il noyabrın 30-da İstanbulda yaşadığı evdən polis şöbəsinə, oradan isə Çatalca Geri Göndərmə Mərkəzinə aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 300

Oxşar yazılar