“Bolt”da YOXLAMALAR:  Rəhbər şəxslər işdən çıxarıldı
24 fevral 2026 16:26 (UTC +04:00)

“Bolt”da YOXLAMALAR: Rəhbər şəxslər işdən çıxarıldı

0

Azərbaycanda “Bolt” platforması ilə əməkdaşlıq edən bir sıra park sahibləri və sürücülər şirkətin yerli idarəetmə strukturlarında sistemli haqsızlıq, selektiv yanaşma və korrupsiya elementləri ilə üzləşdikləri barədə şirkətin Estoniyadakı rəhbərliyinə şikayətlərini bildiriblər.

Lent.az "Bakupost.az"a istinadən xəbər verir ki, “Bolt”la əməkdaşlıq edən bir neçə sahibkarın şikayəti nəticəsində şirkətin Bakı ofisində yoxlamalar aparılıb. Şirkət daxilində maliyyə və idarəetmə prosesləri yoxlanılıb.

Ciddi pozuntular aşkarlanan Bakı ofisinin rəhbəri Naim Əzizov və bir neçə səlahiyyətli şəxs işdən azad edilib.

Lent.az məsələ ilə bağlı "Bolt"a sorğu ünvanlayıb.

Şirkətdən sorğumuza cavab olaraq rəhbərlikdə dəyişikliklərin baş verdiyini təsdiqləyiblər.

Bildirilib ki, bu qərar "Bolt"un taksi əməliyyatlarına və digər biznes istiqamətlərinə təsir göstərmir:

"Platforma üzrə bütün tərəfdaşlardan, o cümlədən avtopark sahiblərindən, uyğunluq, dürüstlük və qanunvericiliyə əməl etmə standartlarımıza riayət etmələrini gözləyirik. Siyasətlərimizə və daxili nəzarət prosedurlarımıza tam əməkdaşlıq etməyi tələb edirik və bu standartlara əməl olunmadığı hallarda müvafiq tədbirlər görürük".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar