Kim Kardaşyana  bənzəmək üçün əməliyyat etdirən məşhur ÖLDÜ
24 fevral 2026 14:45 (UTC +04:00)

Kim Kardaşyana bənzəmək üçün əməliyyat etdirən məşhur ÖLDÜ

0

Kim Kardaşyana bənzəmək üçün keçirdiyi onlarla estetik əməliyyatla dünya mətbuatının diqqət mərkəzində olan 34 yaşlı realiti-şou ulduzu və sosial media fenomeni Cordan Ceyms Park, Londonda yaşadığı rezidensiyada ölü tapılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, "Dodaq Kralı" (Lip King) ləqəbi ilə tanınan Parkın huşsuz vəziyyətdə tapılmasından sonra hadisə yerinə gələn tibbi yardım qrupları onu xilas edə bilməyib və gəncin ölümü rəsmi qeydlərə "şübhəli" kimi düşüb.

Kim Kardashian'a benzemek için estetik yaptıran fenomen hayatını kaybetti: 2 kişi cinayetten tutuklandı

Hadisə ilə bağlı aparılan ilkin istintaq çərçivəsində 43 yaşlı bir kişi və 52 yaşlı bir qadın "ehtiyatsızlıqdan adam öldürmə" şübhəsi ilə polis tərəfindən saxlanılıb. İddialara görə, Parkın ölümünə vəfatından dərhal əvvəl keçirdiyi qeyri-qanuni və ya riskli bir estetik prosedur səbəb ola bilər. Məşhur fenomen daha əvvəl "Botched" proqramında iştirak edərək keçirdiyi uğursuz əməliyyatlardan danışıb, lakin Kardaşyana bənzəmək sevdasından vaz keçməyəcəyini bildirib.

Hazırda London polisi hadisənin estetik müdaxilə ilə birbaşa bağlılığını araşdırır. Parkın dəqiq ölüm səbəbi isə yaxın günlərdə keçiriləcək məhkəmə-tibbi ekspertizasının rəyindən sonra tam bəlli olacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 444

Oxşar yazılar