Bakıda kişi ev işlərini görməyən arvadını döyüb.
Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
33 yaşlı Fərid Həsənov (ad və soyad şərtidir) ev işlərini görməyən arvadına irad bildirib. Bu zəmində cütlük arasında mübahisə yaranıb. Mübahisə zamanı Fərid əl və ayaq zərbələri ilə arvadının bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarətlər yetirib.
Nəticədə o saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs məhkəmədən barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib. Məhkəmə prosesi zərərçəkənin iştirakı olmadan keçirilib.
Məhkəmənin qərarı ilə F. Həsənov barəsində manistiya aktı tətbiq olunub və o, məsuliyyətdən azad olunub.