Dostlarının gözü önündə  Qarabağ kanalında boğuldu - YENİLƏNİB
24 oktyabr 2025 09:46 (UTC +04:00)

Dostlarının gözü önündə Qarabağ kanalında boğuldu - YENİLƏNİB

0

Mingəçevirdə kişinin kanalda batması ilə bağlı təfərrüat məlum olub.

Lent.az-ın məlumatına görə, hadisə Qarabağ suvarma kanalının Mingəçevir şəhərindən keçən hissəsində qeydə alınıb.

Oktyabrın 22-də 39 yaşlı Bəxtiyar Məmmədov əlini yumaq məqsədilə kanala yaxınlaşıb. Bu zaman bədbəxtlikdən Bəxtiyarın ayağı sürüşüb və suya düşüb. Dostlarının cəhdlərinə baxmayaraq, onu sudan çıxarmaq mümkün olmayıb. Oktyabrın 23-də, yəni bir gün sonra isə onun meyiti FHN-in əməkdaşları tərəfindən sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

***
23 oktyabr, saat: 13:12

Mingəçevir şəhərində Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti tapılıb.

Lent.az xəbər verir ki, FHN əməkdaşları tərəfindən tapılan meyit təhvil verilib.

***
11:54

Mingəçevirdə kişi su kanalında batıb.

Lent.az xəbər verir ki, 39 yaşlı Bəxtiyar Akif oğlu Məmmədov ehtiyatsızlıqdan şəhərin ərazisindən keçən Qarabağ su kanalına yıxılıb.

Hazırda onun sudan çıxarılması istiqamətində tədbirlər görülür.

Araşdırmalar şəhər prokurorluğu tərəfindən aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1722

Oxşar yazılar