Vəziyyət gərginləşir - ABŞ Venesuelaya B-1 strateji bombardmançıları göndərdi
24 oktyabr 2025 03:35 (UTC +04:00)

Vəziyyət gərginləşir - ABŞ Venesuelaya B-1 strateji bombardmançıları göndərdi

0

ABŞ Venesuelaya “B-1 Lancer” strateji bombardmançı təyyarələri göndərib.

Lent.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ administrasiyasının rəsmilərinə istinadən məlumat verib.

Qəzetin məlumatına görə, cümə axşamı günü Dyess Hərbi Hava Qüvvələri Bazasından (Texas) iki səsdən sürətli B-1 bombardmançı təyyarəsi havaya qalxıb və Bolivar Respublikası yaxınlığında uçub.

Qəzet onu da qeyd edir ki, ABŞ hərbi təyyarələri Venesuela hava məkanına daxil olmayıb. Çünki ABŞ yuxarıda adı çəkilən bombardmançı təyyarələri regiona yerləşdirmir. B-1-lər ABŞ ərazisindən Karib dənizinin istənilən nöqtəsinə çatmaq üçün kifayət qədər məsafəyə malikdir.

Qeyd edək ki, B-1 səsdən sürətli bombardmançı təyyarəsi 1980-ci illərdə xidmətə başlayıb. Bu təyyarələrdən təxminən 100-ü istehsal olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar