ABŞ prezidenti Donald Tramp “Binance” kriptovalyuta birjasının sabiq baş direktoru Çanpen Çjaonun əfv edilməsi haqqında fərmanı imzalayıb.
Lent.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, Tramp kriptovalyuta ilə mübarizənin bir hissəsi olaraq Bayden administrasiyası tərəfindən mühakimə olunan Çjaonu əfv etməklə öz konstitusion səlahiyyətlərini həyata keçirib.
"Bayden administrasiyasının kriptovalyuta ilə müharibəsi başa çatıb", - Livitt deyib.
Qeyd edək ki, əfv fərmanı Tramp tərəfindən oktyabrın 22-də imzalanıb.