Bal şəkərdən  daha faydalıdır? - CAVAB
23 oktyabr 2025 17:05 (UTC +04:00)

Bal şəkərdən daha faydalıdır? - CAVAB

0

Bal antioksidantlar, minerallar ehtiva edir və “pis” xolesterinin səviyyəsini azalda bilər. Mütəxəssislər onun niyə şəkərdən daha faydalı olduğunu izah ediblər. Bal şəkərə daha sağlam alternativ kimi tanınıb o, ürəyin işinə müsbət təsir göstərir, antibakterial xüsusiyyətlərə malikdir və qocalma prosesini ləngidən antioksidantlar ehtiva edir.

Lent.az balın faydaları barədə məlumat verir:

Mütəxəssislərin sözlərinə görə, həm bal, həm də şəkər qidada bir-birini əvəz edə bilən şirəldicilərdir. Lakin balın tərkibi daha dəyərlidir: onun tərkibində az miqdarda zülal, B qrupu vitaminləri, C vitamini, həmçinin maqnezium, fosfor və sink kimi minerallar vardır. Bu qida maddələri adi ağ şəkərdə yoxdur. Balın kaloriliyi bir qədər yüksək olsa da, o ürək üçün daha faydalı ola bilər.

Tədqiqatlar göstərir ki, balın müntəzəm qəbulu ümumi xolesterini, triqliseridləri və “pis” xolesterini (LDL) azaldır. Bu isə ürək-damar xəstəlikləri riskini azaldır. Ən çox öyrənilmiş və ürək üçün təhlükəsiz sayılan bal növü yonca balıdır. Balın başqa bir üstünlüyü aşağı və ya orta qlikemik indeksə malik olmasıdır. Bu o deməkdir ki, o, qanda şəkərin sürətli yüksəlməsinə səbəb olmur, adi şəkər kimi deyil. Lakin fərq o qədər də böyük deyil, çünki bal da karbohidratdır və qlükozaya təsir göstərir.

Tünd bal növləri daha çox antioksidant ehtiva edir. Oxidative Medicine and Cellular Longevity jurnalında dərc olunmuş məlumata görə, məhz bu maddələr ürəyi qoruyur və sağlam qocalmaya töhfə verir. Balın digər faydaları arasında çəki azaltmağa kömək etməsi də qeyd olunur. Kiçik klinik tədqiqatlar göstərib ki, rafinə edilmiş şəkərin bal ilə əvəz edilməsi diabet xəstələrində də, sağlam insanlarda da bədən çəkisinin azalmasına kömək edə bilər. Xüsusilə çiy, emal olunmamış bal daha effektiv hesab olunur, bu barədə Nutrients jurnalında qeyd edilir.

Bal, həmçinin tibbdə antibakterial xüsusiyyətlərinə görə istifadə olunur. Onu yaraların müalicəsində, xüsusilə diabetik xoralar, doğuş sonrası kəsiklər və abseslərdə tətbiq edirlər. Xüsusilə manuka balı dərinin regenerasiyasını sürətləndirir və antibiotiklərə davamlı bakteriyalarla mübarizə apara bilir.

Bəzi tədqiqatlar göstərir ki, müəyyən bal növləri orqanizmin alkoqolu daha tez xaric etməsinə kömək edə bilər. Məsələn, Nigeriya sitrus balı spirt metabolizmini sürətləndirir və alkoqol təsirinin davametmə müddətini azaldır. Bundan əlavə, qarabaşaq, evkalipt və sitrus ballarının uşaqlarda soyuqlama əlamətlərini yüngülləşdirdiyi sübut edilib onlar gecə öskürəyini azaldır və yuxunu yaxşılaşdırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar