Sarkozi həbsxanadakı ilk gecəsində kabus yaşadı:  Qəddafini sən öldürdün
23 oktyabr 2025 19:59 (UTC +04:00)

Sarkozi həbsxanadakı ilk gecəsində kabus yaşadı: Qəddafini sən öldürdün

0

2007-ci il seçki kampaniyası üçün Müəmmər Qəddafi rejimindən qeyri-qanuni maliyyə aldığına görə 5 il həbs cəzasına məhkum edilmiş Fransanın keçmiş prezidenti Nikola Sarkozi həbsxanada ilk gecəni çətin keçirib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qonşu kameradakı məhbuslar Sarkozini Qəddafinin qətlində günahlandırıb, səhərə qədər oyaq saxlayıb, ona söyüşlər yağdırıblar.

Fransada “Liviya işi” çərçivəsində cinayət təşkilatı yaratmaq ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilən keçmiş prezident Nikola Sarkozi oktyabrın 21-də həbsxanaya gəlib.

11 kvadratmetrlik tək pəncərəli kamerada saxlanılan Sarkozinin həbsxanadakı ilk gecəsi kifayət qədər çətin keçib. Qonşu məhbuslar Sarkozini oyaq tutmaq üçün səhərə kimi ona qışqıraraq "Ay Sarko, o pis kişini oğlu, oyan! Qəddafini sən öldürdün!"

Fransa tarixində 1958-ci ildən bəri həbsdə olan ilk keçmiş prezident Sarkozi sosial mediada “Bu gün keçmiş prezident deyil, günahsız bir insan həbsdədir” deyib. Bu "məhkəmə qalmaqalını" tənqid etməyə davam edəcəyini bildirən Sarkozi əlavə edib: "Mənim heç bir şübhəm yoxdur. Həqiqət qalib gələcək".

Yerli mətbuatın məlumatına görə, La Sante həbsxanasının direktoru Sebastyan Kauvel Sarkozinin digər məhbuslardan təcrid olunmuş kamerada saxlanılacağını təsdiqləyib və onu Fransanın ən təhlükəsiz kamerası kimi xarakterizə edib. Kauvel əlavə edib ki, Sarkozinin gündə iki dəfə gəzinti edə və təkbaşına fəaliyyət göstərə biləcəyi otağa daxil olacaq, Fransanın keçmiş prezidenti həbsdə olduğu müddətdə tək qalacaq.

İddia olunur ki, 2007-2012-ci illərdə Fransa prezidenti olmuş Sarkozinin "2007-ci ildəki prezident seçkiləri kampaniyasını aparmaq üçün Liviyanın o vaxtkı lideri Müəmmər Qəddafidən qeyri-qanuni maliyyə dəstəyi alıb". İddialardan sonra 2013-cü ildə hadisə ilə bağlı istintaq başladılıb və ictimaiyyət arasında "Liviya işi" kimi tanınan məhkəmə prosesi başlayıb.

Paris Cəza Məhkəməsi sentyabrın 25-də Sarkoziyə qarşı "dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək, passiv korrupsiya, kampaniyanı qeyri-qanuni maliyyələşdirmək və cinayətlər törətmək üçün cinayət təşkilatı yaratmaq" ittihamı ilə mühakimə olunduğu “Liviya işi” üzrə qərar çıxarıb.

Məhkəmə Sarkozinin passiv korrupsiyada, dövlət vəsaitlərinin mənimsənilməsini gizlətməkdə və ya kampaniyanın qanunsuz maliyyələşdirilməsində təqsirli olmadığına qərar verib. Məhkəmə keçmiş prezidenti cinayət təşkilatı yaratmaq ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edib. Sarkozi qərardan apellyasiya şikayəti versə də, məhkəmənin qərarının mahiyyəti apellyasiya prosesi başa çatmamış onun həbsini təmin edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 710

Oxşar yazılar