Əmisi qızı ilə evlənən bəy toyda öldü
20 may 2025 18:54 (UTC +04:00)

Əmisi qızı ilə evlənən bəy toyda öldü

Hindistanda əmisi qızı ilə evlənən zaman gənc oğlan infarktdan dünyasını dəyişib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Karnataka ştatından olan 26 yaşlı bank işçisi hinduların toy mərasimində yer alan “Mangalya Dharanam” adlı adəti icra edirmiş. Bu ritual zamanı o, evli hindu qadınlarının taxdığı simvolik boyunbağını əmisi qızının boynuna taxıb.

Məhz bu anlarda bəyin vəziyyəti pisləşib, əlləri və ayaqları titrəməyə başlayıb. Buna baxmayaraq, yeni evlənən cütlük xeyir-dua almaq və şəkil çəkdirmək üçün səhnəyə çıxıb. Az sonra kişi yerə yıxılıb və təxminən 15 dəqiqə sonra vəfat edib.

Hadisə şahidlərinin sözlərinə görə, o, sinəsində güclü ağrılardan şikayət edirmiş. Xəstəxanaya çatdırıldıqdan sonra həkimlər yalnız hindistanlının öldüyünü təsdiqləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1098

Oxşar yazılar