Ermənistanda saxlanılan azərbaycanlı əsirin həbs müddəti uzadıldı -FOTO
09 iyun 2023 23:41 (UTC +04:00)

Ermənistanda saxlanılan azərbaycanlı əsirin həbs müddəti uzadıldı-FOTO

Yolu azaraq Ermənistan ərazisinə keçərkən saxlanılan azərbaycanlı hərbi əsir Hüseyn Axundovun həbs müddəti 3 ay uzadılıb.

Lent.az xəbər verir ki, yolu azaraq Naxçıvan Muxtar Respublikası ərazisindən Ermənistan ərazisinə keçən 2 Azərbaycan əsgəri - Aqşin Bəbirov və Hüseyn Axundova qarşı cinayət məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanıb. Onlar bir qrup şəxslə qabaqcadan əlbir olaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah-sursatın qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham olunublar.  Axundova əlavə olaraq Ermənistan vətəndaşını öldürmə ittihamı da irəli sürülüb.

Qafanda keçirilən prosesə jurnalistlər buraxılmayıb.
 

# 2580
avatar

Oxşar yazılar