Əsgərlikdə əkiz qardaşından ayırdılar, özünü asdı
18 sentyabr 2025 17:18 (UTC +04:00)

Əsgərlikdə əkiz qardaşından ayırdılar, özünü asdı

0

Qazaxıstanda 19 yaşlı əsgər intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Almatı vilayətində yerləşən hərbi hissədə baş verib.

Məlumata görə, keçən ilin payızında Şınarbek Daniyal Talğat oğlu hərbi xidmətə yollanıb. Bu ilin yazında isə onun əkiz qardaşı Dinmuhammet də əsgərliyə gedib və eyni hərbi hissədə olublar. Əkiz qardaşları ayırmaq qanunsuz olsa da, andiçmədən sonra Dinmuhammeti başqa hərbi hissəyə göndəriblər. Tək qalan Dinmuhammet burada özünü asıb.

Əsgərin ailəsi prezidentdən bu işi şəxsi nəzarətə götürməsini xahiş edir.

Ölkə Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidməti baş verən hadisə ilə bağlı şərh verib.

"Bu ilin 17 sentyabr tarixində Qvardiya qarnizonunun hərbi hissələrindən birində müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu özünü asaraq intihar edib. Bu faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır. Quru Qoşunlarının baş komandanının tapşırığı ilə hadisənin bütün hallarını araşdırmaq üçün xüsusi komissiya göndərilib. Quru Qoşunları Komandanlığı mərhum hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara bütün zəruri yardım göstəriləcək," – deyə məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 630

Oxşar yazılar