Goranboyda karantin rejimini pozan şəxslər inzibati məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə,
Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı Qaraçinar kənd sakini Ramiz Zamanovun özünə məxsus fərdi yaşayış evinə xüsusi karantin qaydalarını pozaraq həmkəndlilərini dəvət etməsi və onlarla qumar oynaması aşkar edilib. Bununla əlaqədar olaraq, Müseyib Verdiyev, Toğrul Cəfərov, İnqilab Dadaşov, Ağa Qurbanov, Sulduz Verdiyev və ev sahibi Ramiz Zamanov barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 525-ci (Qumar oyununda iştirak etmə) maddələri ilə protokol tərtib edilərək baxılması üçün Goranboy rayon Məhkəməsinə göndərilib.

Evdə qumarxana təşkil edən 6 nəfər saxlanıldı
Oxşar yazılar

Xəzərdə güclü zəlzələ oldu
27 avqust 2025 , 00:54
Kürdəmirdə ağır qəza - 1 ölü, 1 yaralı var
26 avqust 2025 , 21:19
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib
26 avqust 2025 , 20:53
Cəlilabadda 5 maşın toqquşdu: yaralılar var
26 avqust 2025 , 19:50
İmamoğlunun vəkili də saxlanıldı
26 avqust 2025 , 18:25
Bakıda uşaq süni göldə batdı
26 avqust 2025 , 17:54
Suriyaya gedən azərbaycanlı qadınlar məhkəmədə DANIŞDI
26 avqust 2025 , 17:35