İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, iyunun 21 saat 17 radələrində Füzuli rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində rayon sakini Elmir Orucov idarə etdiyi avtomaşınla, sərnişinləri Rəşad İmanov və Bağman Kərimov ilə birlikdə işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyərkən saxlanılıblar. Polis şöbəsinə gətirilərək onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq ediliblər.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə sürücü E.Orucov 10 gün müddətinə inzibati qaydada həbs edilib, sərnişinlərin isə hər birinə 200 manat məbləğində cərimə tətbiq olunub.

Füzuliyə qanunsuz keçmək istəyən 3 nəfər saxlanıldı
Oxşar yazılar

Azər Qasımlının məhkəməsi başladı
18 iyun 2025 , 19:40
Gəncədə hamamda PARTLAYIŞ: yeniyetmə qız yaralandı
18 iyun 2025 , 19:28
Cəlilabadda gənc oğlan itkin düşdü
18 iyun 2025 , 18:53
Qaradağda ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO
18 iyun 2025 , 17:28
Daha üç rayona prokuror təyin edildi
18 iyun 2025 , 17:06
Ölüm olan klinikada YOXLAMA: Həkim qanunsuz işləyirmiş - YENİLƏNİB
18 iyun 2025 , 16:44
71 yaşlı inşaat işçisi ilk iş günündə yıxılıb öldü
18 iyun 2025 , 15:44