Gəlin qaynanasının çənəsini, ərinin qolunu sındırdı - AĞLASIĞMAZ HADİSƏ
01 may 2021 18:34 (UTC +04:00)

Gəlin qaynanasının çənəsini, ərinin qolunu sındırdı - AĞLASIĞMAZ HADİSƏ

Gəncə şəhərində ailə münaqişəsi zamanı ailənin gəlini həyat yoldaşı və qaynanasına xəsarət yetirib.

Lent.az xəbər verir ki, 1968-ci il təvəllüdlü Məmmədova Gülxar Xankişi qızı və onun oğlu 1988-ci il təvəllüdlü Bəhruz Məmmədov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

İlkin məlumata görə, 53 yaşlı qadının çənəsi sınıb, 33 yaşlı oğlunun isə qolu qırılıb. Bu şəxslərə ailənin gəlini xəsarət yetirib.

Faktla bağlı artıq araşdırma başlanılıb./baku.ws

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6132
avatar

Oxşar yazılar