Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü M.Tağıyev bud nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdilib.
Dərhal gənc oğlana yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.