Gəncədə it öldürən Firudin
30 mart 2021 16:51 (UTC +04:00)

Gəncədə it öldürən Firudin

Gəncədə bələdiyyə işçisi itləri güllələyir? - SƏS YAZISI

Gəncədə küçə itlərinin öldürülməsi ilə bağlı sosial şəbəkədə yayılan görüntülər izləyicilərin sərt təpkisinə səbəb olub.

Lent.az xəbər verir ki, paylaşılan görüntülərdə küçə itlərinin öldürülməsinin Gəncə şəhər bələdiyyəsinin əməkdaşı olduğu iddia edilən Firudin adlı şəxsin həyata keçirildiyi bildirilir. Onun bələdiyyə işçisi olmasını sübuta yetirən səs yazıları da fakt olaraq, “Instagram”da yayılıb.

Məsələ ilə bağlı Lent.az-a danışan Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Həsən Məmmədov isə videoların ötən ilin sentyabr ayına aid olduğunu vurğulayıb:

“Yayılan kadrları mən də görmüşəm. Keçən ilin sentyabr ayında burada belə hadisələr olmuşdu. Eşidən kimi hüquq-mühafizə orqanlarına məlumat verdik və həmin adamın barəsində tədbir görüldü. Son zamanlar Gəncədə belə bir hal təkrarlanmayıb. Düşünürəm ki, kimlərsə həmin videoları qəsdən sosial şəbəkədə yayır. Firudini isə ümumiyyətlə tanımıram. Onun bələdiyyədə çalışmasından məlumatsızam”.

Qeyd edək ki, “Instagram”da paylaşılan görüntülərdə hadisənin bu il martın 29-da səhər saat 7 radələrində baş verdiyi bildirilib. Səs yazısında isə Gəncədə “itvuran” ləqəbilə tanınan Firudin özü xəstə və qotur itləri öldürdüyünü dilə gətirir.

Hüquqşünas Şamil Paşayev bildirib ki, heyvanlarla rəhmsiz rəftar etmə, onları şikəst və ya tələfetmə İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə tənzimlənir:

“Həmin əməli törədən şəxslər 500 manatadək cərimələnir. Heyvanlarla rəhmsiz rəftar edən və ya onları öldürənlər vəzifəli şəxsdirsə, onlar həm ictimai qınağa məruz qalmalıdır, həm də təmsil etdikləri qurum tərəfindən inzibati tənbeh oluna bilərlər. Bu tip addımlar xüsusən də, ekoaktivistlərin, heyvansevərlərin kəskin etirazına səbəb olur. Belə kobud və qeyri-insani hərəkətlər adətən cəmiyyət tərəfindən birmənalı olaraq, qəbul olunmur. Sözügedən əməli törədənin vəzifəli şəxs olması onun məsuliyyətini ikiqat artırır”.

Gəncədə itin vurulması

Gəncədə it vuran bələdiyyə işçisinin səs yazısı

# 3936
avatar

Mehman Nəbiyev

Oxşar yazılar