Gəncədə ər boşanmaq istəyən arvadını başından  bıçaqladı
01 oktyabr 2025 19:22 (UTC +04:00)

Gəncədə ər boşanmaq istəyən arvadını başından bıçaqladı

0

Gəncədə ər arvadını bıçaqlayıb.

Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 38 yaşlı İ. Məmmədova başının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qadına əri kəsici alətlə xəsarət yetirib. Hadisəyə qadının ərindən boşanmaq istəməsinin səbəb olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar