Bu gün saat 16:00 radələrində 67 yaşlı Ş.Musayev Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.
Bildirilib ki, ona hər iki əlin, yuxarı və aşağı ətrafın və sifətin l və ll dərəcəli termiki yanığı diaqnozu təyin edilib.
Pasiyent ixtisaslı tibbi yardımın göstərilməsi üçün Kliniki Tibbi Mərkəzin nəzdində olan Toksikologiya Mərkəzinə göndərilib.
***
16:23
Gəncədə qaz sızmasından partlayış olub.
Lent.az-ın məlumatına görə, hadisə şəhərdə evdə qeydə alınıb.
Şəhər sakini 67 yaşlı Ş.Musayev yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Vəziyyətinin orta ağır olduğu bildirilir.(APA)