Gəncə sakinin bıçaqlanmasının bəzi təfərrüatları məlum olub.
Lent.az-ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakinləri 43 yaşlı Etibar Məmmədovun daxilə keçməyən və 41 yaşlı Ziya Cəfərovun daxilə keçən kəsici-deşici alətlə xəsarət almaları barədə məlumat daxil olub.
İlkin araşdırmalar zamanı onların qonşuluq münaqişəsi zamanı bir-birilərinə xəsarət yetirmələri məlum olub. Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
***
14:42
Gəncədə bıçaqlanma baş verib.
Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
33 yaşlı E.Məmmədov bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, E.Məmmədovu qonşusu bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.(APA)