Məhəmməd adı  Avropada getdikcə populyarlaşır - STATİSTİKA
27 avqust 2025 13:44 (UTC +04:00)

Məhəmməd adı Avropada getdikcə populyarlaşır - STATİSTİKA

Avropada antisemitizm təzahürlərinin artdığı, bəzi ölkələrin hökumətlərinin isə getdikcə daha çox fələstinpərəst mövqe nümayiş etdirdiyi müşahidə olunur. Mütəxəssislərin fikrincə, bu dinamikanın əsas amillərindən biri son 25 ildə qitədə müsəlman əhalisinin kəskin artmasıdır. Bu dəyişikliklərin diqqətçəkən göstəricilərindən biri isə yeni doğulan uşaqlara verilən adlardır.

Lent.az xəbər verir ki, yaxın günlərdə Daily Mail qəzeti Böyük Britaniya, Avstriya, Almaniya və Fransanı əhatə edən Qərbi Avropa ölkələri üzrə bir araşdırma dərc edib.

Nəşr müəyyənləşdirib ki, Məhəmməd və onun variantları (Mahmud, Möhməd və s.) adı ilə adlandırılan oğlan uşaqlarının sayı 2000-ci ildən bəri 3–7 dəfə artıb. Ən yüksək artım Avstriyada qeydə alınıb - 732 faiz: 0,06 faizdən 0,5 faizə. Hazırda hər 200 yeni doğulmuş körpədən biri bu adı alır, əsrin əvvəlində isə bu göstərici hər 1670 uşağa bir nəfər idi.

Artım üzrə ikinci yeri İrlandiya tutur - +372 faiz (0,09 faizdan 0,6 faizə). İtaliyada artım 184 faiz, Fransada 127 faiz, Belçika və Böyük Britaniyada 101 faiz, İsveçdə isə 69 faiz təşkil edib. Məhəmməd adının ən az yayılması Polşadadır (0,01 faiz), burada hökumət sərt miqrasiya siyasətini qoruyur. Buna baxmayaraq, hətta burada da göstərici 2000-ci ildəki 0 faiz-dən 217 faiz artıb. Keçmiş baş nazir Tadeuş Moravetski bildirmişdi ki, Polşa mədəniyyətini Afrika və Yaxın Şərqdən gələn miqrantların dağıtmasını istəmir.

Mütləq göstəricilərə görə, ən çox Məhəmməd adlı uşaqlar Böyük Britaniyada doğulur — 2,87 faiz, daha sonra Belçika 1,02 faiz, Fransa 0,87 faiz. Birləşmiş Krallıqda dinamika xüsusilə diqqətəlayiqdir: əgər 1996-cı ildə ən populyar ad Cek idisə (10 779 körpə), Məhəmməd isə cəmi 441 uşağa verilmişdisə, 2016-cı ildə Məhəmməd adı Oliverin populyarlığının yarısını keçmişdi (3 908-ə qarşı 6 623). 2022-ci ildə Məhəmməd adı Noaxla demək olar ki, eyni səviyyəyə çatmış, 2023-cü ildə isə artıq onu 300 uşaqla geridə qoymuşdu. 2024-cü ildə Məhəmməd adı 5 721 uşağa, Noax isə 4 139 uşağa verilmişdir.

Amerikanın Pew Research Institute təşkilatı 2017-ci ildə Avropada müsəlmanların payını 4,9% olaraq qiymətləndirib və hazırkı miqrasiya siyasəti davam edərsə, 2050-ci ilə qədər bu göstəricinin 11,2 faizə çata biləcəyini proqnozlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 318

Oxşar yazılar