Gəncədə qonşular bir-birini  bıçaqladılar -  YENİLƏNİB
27 avqust 2025 15:16 (UTC +04:00)

Gəncədə qonşular bir-birini bıçaqladılar - YENİLƏNİB

Gəncə sakinin bıçaqlanmasının bəzi təfərrüatları məlum olub.

Lent.az-ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakinləri 43 yaşlı Etibar Məmmədovun daxilə keçməyən və 41 yaşlı Ziya Cəfərovun daxilə keçən kəsici-deşici alətlə xəsarət almaları barədə məlumat daxil olub.

İlkin araşdırmalar zamanı onların qonşuluq münaqişəsi zamanı bir-birilərinə xəsarət yetirmələri məlum olub. Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

***

14:42

Gəncədə bıçaqlanma baş verib.

Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

33 yaşlı E.Məmmədov bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, E.Məmmədovu qonşusu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466

Oxşar yazılar