Bakıda göldə batan uşağın kimliyi məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Ramana qəsəbəsində süni göldə boğularaq ölən azyaşlının 2014-cü il təvəllüdlü Şahmurlu Nurəddin Elgün oğlu olması müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.
***
26 avqust, saat 17:54
Bakının Sabunçu rayonunda uşaq süni göldə batıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata gorə, "112" qaynar telefon xəttinə rayonda süni sututarında 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində, batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.