Bakıda minik avtomobili motosikletlə toqquşub.
Lent.az xəbər verir ki, hadisə Səbail rayonu, Neftçilər prospektində baş verib.
Belə ki, 2004-cü il təvəllüdlü Əlvan İsmayılov idarə etdiyi “Honggi” markalı 90-YJ-634 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən həmin yolda motosikletlə hərəkətdə olan 2001-ci il təvəllüdlü Yəhya Zeynalzadəni vurub.
Yəhya Zeynalzadə, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.