Son günlər mediada aktrisa Hande Erçel ilə iş adamı Hakan Sabancı arasında mümkün ayrılıq geniş müzakirə olunur.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu cür söz-söhbətlər aktrisanın sosial şəbəkələrdən sevgilisi ilə bütün ortaq fotolarını silməsindən sonra meydana gəlib.
İnsayderlərin sözlərinə görə, Hande ilə Hakan arasında ciddi mübahisə yaşanıb. Aşiqlər arasındakı konfliktin mümkün səbəblərindən biri Hakanın anası Arzu Sabancının davranışı ola bilər. Bir neçə gün öncə o, Handenin Kann festivalı üçün seçdiyi libasa ünvanlanan tənqidi bəyənib.