Gəncədə məktəblini öldürən polisə təslim oldu - YENİLƏNİB
08 oktyabr 2025 19:58 (UTC +04:00)

Gəncədə məktəblini öldürən polisə təslim oldu - YENİLƏNİB

0

Gəncədə yeniyetməni qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub.

Lent.az xəbər verir ki, 2007-ci il təvəllüdlü Gəncə şəhər sakini R. Cəfərov polisə gedərək təslim olub.

***

15:10

Gəncədə yeniyetməni qətlə yetirən şəxsin kimliyi məlum olub.

Lent.az-ın məlumatına görə, 16 yaşlı Vaqif Rəfibəylini 2007-ci il təvəllüdlü R.Cəfərov bıçaqlayaraq qətlə yetirib.

Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

***

saat 13:31

Gəncədə qətl hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, orta məktəb şagirdi, 16 yaşlı Vaqif Rəfibəyli bıçaqlanaraq öldürülüb.  

Hadisənin motivi və kimin tərəfindən törədildiyi hələlik məlum deyil.

Hazırda qətli törədənin tutulması istiqamətində axtarış tədbirləri keçirilir.

Qeyd edək ki, öldürülən məktəbli 11-ci sinifdə oxuyurmuş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2439

Oxşar yazılar