Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı 1994-cü il təvəllüdü E. İslamov, 1995-ci il təvəllüdlü Ş. İslamova və da bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu