Gəncədə atasını qətlə yetirən 17 yaşlı oğul saxlanıldı - YENİLƏNİB
12 mart 2026 07:20 (UTC +04:00)

Gəncədə atasını qətlə yetirən 17 yaşlı oğul saxlanıldı - YENİLƏNİB

0

Gəncədə atasını qətlə yetirməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində atası, 44 yaşlı Elçin Nağıyevi ona məxsus ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən 17 yaşlı Kənan Nağıyev saxlanılıb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.



***
06:40

Gəncə şəhərində güllələnmə hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, oğul atasını odlu silahla güllələyərək qətlə yetirib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 436

Oxşar yazılar