Qoyunları oğurlayıb cəriməsini ödədi - Zaqatalada QƏRİBƏ OLAY
11 mart 2026 16:29 (UTC +04:00)

Qoyunları oğurlayıb cəriməsini ödədi - Zaqatalada QƏRİBƏ OLAY

0

Zaqatalada xırdabuynuzlu heyvanlar oğurlanıb.

Lent.az xəbər verir ki, hadisə rayonun Qazangül qəsəbəsində qeydə alınıb.

İttiham aktına görə, Pərzivan kənd sakini olan 33 yaşlı Ağa Muradov (ad və soyad şərtidir) Qazangül qəsəbəsində zərərçəkən şəxsə məxsus 5 baş qoyunu oğurlayaraq birini 80 manata olmaqla, ümumilikdə 400 manata satıb. Lakin realda isə heyvanların qiyməti 237-285 manat arası olub. Buna görə də heyvanların sahibinə təxminən 1187-1425 manat arası ziyan dəyib.

Faktla bağlı 33 yaşlı Ağa Muradov saxlanılıb və barəsində cinayət işi açılıb.

Əvvəllər də məhkum olunmuş təqsirləndirilən şəxs ifadəsində motosikletlə odun daşıdığını və nəqliyyat vasitəsinin duracağa yerləşdirildiyini bildirib. Onun sözlərinə görə, motosiklet idarə edərkən yol verdiyi qayda pozuntularına görə onun 300 manat miqdarında cəriməsi yaranıb. Həmin cəriməni ödəmək üçün də Qazangül qəsəbəsindəki qoyunları oğurlamaq qərarına gəlib. Ağa bildirib ki, motosikletlə həmin qəsəbədəki binaya odun daşıyırmış. Onun sözlərinə görə, qoyunları satıb əldə etdiyi 400 manatla cəriməsini ödəyib.

Məhkəmənin qərarı ilə A. Muradov 3 il 4 ay müddətinə həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar