Gəncədə qəzada yaralanan kişi öldü
19 aprel 2024 10:08 (UTC +04:00)

Gəncədə qəzada yaralanan kişi öldü

Gəncədə qəza zamanı yaralanan şəxs ölüb.

Lent.az xəbər verir ki, hadisə aprelin 14-də Şah İsmayıl Xətai prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində baş verib. Lətifli Əlizamin Müzadil oğlu idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə Alıyev Aqşin Naqif oğlunun idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə toqquşub. Daha sonra idarəetməni itirərək qarşıdakı "VAZ-21074" markalı maşına çırpılıb. Həmin maşın isə qarşıda dayanan 64 yaşlı İsmayılov Mülazim Firudin oğlunu vurub.

Yaralı aldığı xəsarətlərdən aprelin 18d-ə Gəncə şəhər Xəstəxanasında ölüb.

Faktla bağlı araşdırma aparılır.

# 1446
avatar

Mehman Nəbiyev

Oxşar yazılar