Goranboyda AĞIR QƏZA:  ölən və yaralananlar var
01 may 2026 00:18 (UTC +04:00)

Goranboyda AĞIR QƏZA: ölən və yaralananlar var

0

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb.

Qəza yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.



Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 223

Oxşar yazılar