ABŞ-ın tanınmış siyasətçisi Kyrsten Sinema artıq evli kişi ilə münasibətdə olmadığınıdeyib.
Lent.az TMZ-ya istinadən xəbər verir ki, siyasətçinin bu sözləri ölkədə gündəm olub. Onun sevgilisi Matthew Ammelin boşanması rəsmi şəkildə tamamlanıb.
Sayt tərəfindən əldə edilən məhkəmə sənədlərinə əsasən, Şimali Karolina ştatında hakim Matthew Ammel ilə onun keçmiş həyat yoldaşı Heather Ammelin 30 mart 2026-cı il tarixində rəsmi olaraq boşandıqlarını təsdiqləyib.
Hakim Matthew üçün “tam boşanma” qərarı verib. Sənəddə qeyd olunur ki, Matthew hazırda Arizona ştatının sakinidir. Rəsmi sənədlərə görə, Matthew və Kyrsten Arizona ştatında yerləşən təxminən 2 milyon dollarlıq evdə birlikdə yaşayırlar.