Süni intellekt  bu peşələri əvəz edəcək
20 oktyabr 2026 10:22 (UTC +04:00)

Süni intellekt bu peşələri əvəz edəcək

0

Son illərdə insanların həyatına sürətlə daxil olan süni intellekt artıq bir çox sahədə fəal şəkildə istifadə edilir.

Davamlı olaraq təkmilləşdirilən süni intellekt modelləri müxtəlif peşə qrupları üçün ciddi təhlükə yaradır.

Lent.az xəbər verir ki, mütəxəssislər  2030-cu ilə qədər dünyada 92 milyon iş yerinin ləğv oluna biləcəyini açıqlayıb və ən çox risk altında olan peşələri sadalayıb.

Mütəxəssislərin sözlərinə görə, ən yüksək risk qrupuna aşağıdakı peşələr daxildir:

•    Katiblik və inzibati işlər

•    Məlumatların daxil edilməsi üzrə işlər

•    Mühasibat uçotu və sənədləşmə

•    Sığorta əməliyyatları

•    Çağrı mərkəzi operatorluğu

•    Məzmun hazırlanması və digər təkrarlanan ofis işləri

Araşdırmaçılar qeyd edib ki, bu sahələrdə qadınların məşğulluq səviyyəsi yüksək olduğundan süni intellektin yaratdığı risklər onlara daha ciddi təsir göstərə bilər.

Digər tərəfdən, insanlarla birbaşa ünsiyyət və qayğı tələb edən peşələrə tələbat artır.

Bunlara tibb bacısı, müəllim, sosial işçi və yaşlılara qulluq edən mütəxəssislər daxildir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar